Azərbaycan bu ilin yanvar-iyul aylarında Qazaxıstana 32 milyon 616 min dollar dəyərində mal ixrac edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1.6 dəfə və ya 68.7% çoxdur.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın bu ölkədən mal idxalının dəyəri 317 milyon 498 min dollar olub. Bu göstərici 2021-ci ilin eyni dövrünə görə 7.5 dəfə çoxdur.