BİZNES

24 Avqust

Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 3 dəfəyədək artıb

Azərbaycanla Hindistan arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 1 milyard 183 milyon 630 min dollar dəyərində olub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 118 milyon 910 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 1 milyard 64 milyon 720 min dollar dəyərində olub.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin dəyəri 439 milyon 851 min dollar təşkil edib.