BİZNES

23 Avqust

Azərbaycan qara metal idxalına nə qədər xərcləyib?

Azərbaycana bu ilin yanvar-iyul ayları ərzində 535,8 milyon ABŞ dolları məbləğində qara metal idxal olunub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından isə 21,7% çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycana 440 milyon dollarlıq qara metal idxal edilib.