Azərbaycana bu ilin yanvar-iyul ayları ərzində 37,8 mln. dollar dəyərində 45,5 min ton gübrə idxal edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 12,3% artıb, həcm baxımından isə 57,4% azalıb.
Məlumata görə, hesabat dövründə gübrə ixracı ölkənin ümumi ixracının 0,50%-ni təşkil edib.
Əlavə edək ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycana 33,678 mln. dollarlıq 106,9 min ton gübrə idxal edilib.