BİZNES

18 Avqust

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 2 mlrd. dollara yaxınlaşır

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi bu ilin yanvar-iyul aylarında 1 milyard 872 milyon 764 min dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% çoxdur.

Hesabat dövründə ölkədən Rusiyaya ixrac 472 milyon 340 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azdır. Eyni zamanda, cari ilin yanvar-iyun aylarından Azərbaycanın Rusiyadan idxalının dəyəri 1 milyard 400 milyon 423 min dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% çoxdur.

Əlavə edək ki, hesabat dövründə Azərbaycan ən çox Rusiyadan mal idxal edib.