Bu gün Bakıda Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçiriləcək. Görüşdə eyni zamanda Bakı-Tbilisi- Qars dəmiryolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair saziş imzalanacaq.
Fins.az-ın əldə etdiyi məlumata görə, imzalanacaq saziş üç ölkə gömrük orqanları arasında məlumat mübadiləsini artıracaq və ümumilikdə BTQ vasitəsilə yükdaşımaları daha da operativləşdirəcək.