BİZNES

18 Avqust

Bu il ərzində kartof  ixracının həcmi açıqlandı

Azərbaycan bu ilin yanvar-iyul aylarında 35 milyon dollar dəyərində 78 min ton kartof  ixrac edib.

Fins.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 12%, həcm baxımından isə 14,8% azdır.