BİZNES

18 Avqust

Azərbaycanın düyü idxalına çəkdiyi xərc artıb

Azərbaycan bu ilin yanvar-iyul aylarında düyü idxalına 31,2 milyon dollar xərc çəkib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,42%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkəyə idxal edilən düyü 23,1 dollar dəyərində olub.