BİZNES

17 Avqust

Azərbaycanın yağ idxalına çəkdiyi xərc 55% artıb

Azərbaycan bu ilin yanvar-iyul aylarında 68,4 min dollar dəyərində 12 min ton yağ idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 55,3%, həcm baxımından isə 32,9% artıb.

Hesabat dövründə yağ idxalı Azərbaycanın ümumi idxalının 0,91%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkəmizə 44 9 min ABŞ dolları məbləğində 9 min ton yağ idxal edilib.