Azərbaycanda bu ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.9% artaraq 620.2 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, asfaltın istehsalı 0.2%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 34.5%, tikinti gipsinin istehsalı 36.6%, hörmə üçün hazır beton qarışığının istehsalı 23.1%, tikinti əhənginin istehsalı 12.7% artıb.