Azərbaycanda yeni və indiyədək görülməmiş bir çox brendlərə ev sahibliyi edəcək iri ticarət mərkəzi - "Crescent Mall" istifadəyə veriləcək.
Fins.az "Pasha Malls"a istinadən xəbər verir ki, "Crescent Mall" şirkətin ən böyük üçüncü ticarət mərkəzi olacaPasha Malls yüksək xidmət, unikal dizaynlar, dünyaca məşhur brendlər və diqqətçəkən tədbirlər vasitəsilə alış-veriş təcrübəsinə yeni nəfəs gətirir. Növbəti böyük layihəmiz isə Crescent Mall-dur. O 1000-dən çox parkinq yerinə sahib olan və möhtəşəm dəniz mənzərəsinə açılan 35.000 kv m-dən çox icarə sahəsi ilə ən böyük üçüncü ticarət mərkəzimiz olacaq. Crescent Mall Azərbaycanda yeni və indiyədək görülməmiş bir çox brendlərə ev sahibliyi edəcək", - "Pasha Malls"dan bildirilib.
"Pasha Holding"ə daxil olan "Pasha Mall" Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakı üzrə 6 ticarət və əyləncə mərkəzini (Port Baku Mall, Deniz Mall, 28 Mall, Gənclik Mall, Amburan Mall və Şüvəlan Park) və Gəncədə bir ticarət mərkəzini (Gəncə Mall) idarə edir.q.