Bu ilin yanvar-iyul aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 299,6 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən "Fins.az"-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə geyim istehsalında 52 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 29,4 faiz artım, toxuculuq sənayesində 24,6 faiz azalma müşahidə olunub.