2022-ci il avqust ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli illə müqayisədə 3,6 faiz artaraq 688.968 olub. "Fins.az " Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 7,2 faiz artıb və 37.190 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 188.609-a çatıb.