BİZNES

12 Avqust

Bu il Azərbaycanda 17,1 milyon tibbi maska istehsal edilib

Bu ilin yeddi ayında Azərbaycanda istehsal olunun tibbi maskaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci il yanvar-iyul aylarında 17,1 milyon tibbi maska istehsal edilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 114,8 % çoxdur. Avqustun 1-nə ölkədə 6,1 milyon ədəd hazır məhsul ehtiyatı olub.