BİZNES

12 Avqust

Azərbaycanda vergi borcu üzrə sərəncamın hesab üzrə icrası müzakirə olunub

İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri ilə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi arasında onlayn görüş keçirilib.

Fins.az ABA-ya istinadən xəbər verir ki, görüşdə vergi borcları üzrə sərəncamların hesab üzrə icra edilməsi, müvafiq proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə olunub, tərəfləri maraqlandıran suallara cavab verilib.

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.