Yaxın gələcəkdə Whatsapp-ın Android versiyasında istifadəyə veriləcək yeni funksiya barəsində məlumat verilib.
"Fins.az" xəbər verir ki, söhbət, istifadəçilərin öz telefon nömrələrini digərlərindən gizlədə bilmək funksiyasından gedir. Məlumata əsasən hal hazırda sözügedən funksiya hazırlanma mərhələsindədir. Onun nəticədə hamı üçün aktiv olub-olmayacağı bilinmir. Yeni funksiyanın özü isə Whatsapp-ın Android üçün nəzərdə tutulmuş beta versiyasında aşkar edilib. Məlumata əsasən yaxın zamanda messencerin Android versiyasındakı istifadəçilər ayrı-ayrı qruplarda öz telefon nömrələrini digərlərindən gizlədə biləcəklər. Standart olaraq bu funksiya deaktivdir və o, yalnız Communities iştirakçılarını əhatə edəcək.