Türk Dünyası və Beynəlxalq İş Dünyası İnvestisiya Birliyi Konfederasiyasının sədri Hakan Aktürk Marsolun “Business Breakfast” görüşündə iştirak edib
"Fins.az" xəbər verir ki, Marsol şirkətinin mütəmadi olaraq təşkil etdiyi “Business Breakfast” görüşlərinə bugün Türk Dünyası ve Uluslararası İş Dünyası Yatırım Birliği Konfederasiyasının sədri Hakan Aktürk, Milli Məclisin Deputatı Vüqar İsgəndərov, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zenfira Ağayeva, “Dövlət Məşğulluq Agentliyi”nin baş mütəxəssisi Aqşin bəy qonaq olub. Həm qonaqlar, həm də Marsol şirkətinin partnyorları öz fəaliyyətləri haqqında məlumat verərək səmimi mühitdə işgüzar əlaqələr formalaşdırılmasını müzakirə edib.
Görüşün sonunda 2021-2022 MARSOL sponsorlarından olan Kapital Bankın təqdimatı baş tutdu. Kiçik və Orta Sahibkarlarla İş Departamentinin direktoru Nəsimi bəy və Alternativ Satış Kanalları Şöbəsinin meneceri Vüsal bəy bankın sahibkarlara aid xidmətlərindən məlumat verib.







