BİZNES

09 Avqust

Azərbaycan iqtisadiyyatı 6%-dən çox böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 74 155,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çox ümumi daxili məhsul istehsal olunub

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 % azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 % artmışdır.

ÜDM istehsalının 52,9 %i sənaye, 7,7 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 %i nəqliyyat və anbar təsərrüfatı, 5,0 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 %i tikinti, 1,4 %i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 %i informasiya və rabitə sahələrinin, 14,3 %i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 %ini təşkil edib

Əhalinin hər nəfərinə düşən ÜDM 7375,9 manata bərabər olub.