BİZNES

08 Avqust

Mikayıl Cabbarovdan 31.3 mln.manatlıq güzəştli kredit  barədə AÇIQLAMA

Regionların sosial-iqtisadi inkişafına töhfə verən investisiya layihələrinin dəstəklənməsi davam etdirilir. Bugünədək Sahibkarlığın İnkişafı Fondu İsmayıllı rayonunda fəaliyyət göstərən 546 sahibkarlıq subyektinə 31,3 mln.manat güzəştli kredit verib.

"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.

O bildirib ki,  ötən il “Agro Life” MMC-yə məxsus olan və dəyəri 1,7 mln. ₼ olan investisiya layihəsinin 1 mln.manat Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilib.