BİZNES

02 Avqust

2023-cü ilə qədər Azərbaycanın dövlət borcu 10,6 milyard dollara çatacaq

1 yanvar 2023-cü il tarixinə Azərbaycanın dövlət borcu 17 milyard 990 milyon manata ($10,6 milyarda yaxın) və ya QDM-in 15,6%-nə çatacaq.

Xəbər verildiyi kimi, 1 yanvar 2022-ci il tarixində Azərbaycanın dövlət borcu 16 milyard 899,1 milyon manat ($9 milyard 940,6 milyon) və ya ÜDM-in 18,2%-i səviyyəsində qiymətləndirilib.

"Fins.az" xəbər verir ki,bu barədə Dövlət Büdcəsinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər-də məlumat verilib.

Məlumata görə,beləliklə, Maliyyə Naziriyinin məlumatına görə, 2022-ci ildə ölkənin dövlət borcu 6,4% artacaq.

 2023-cü ilədək Azərbaycanın xarici borcu $8 milyard 239,3 milyona (14 milyard 6,8 milyon manat), daxili borcu – 3 milyard 983,2 milyon manata çatacaq.