Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlət başçısı cənab İlham Əliyevin salamlarını çatdırdıq,görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondu-nun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı. Azərbaycan və Özbəkistan prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır.
"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.



Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin (@president_uz) qəbulunda olduq, dövlət başçısı cənab İlham Əliyevin (@azpresident) salamlarını çatdırdıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 2, 2022
1/3