BİZNES

02 Avqust

Azərbaycan, Özbəkistan və Türkiyə arasında Daşkənd Bəyannaməsi imzalanıb

"Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşündə iştirakdan məmnun oldum. Bugünkü görüş dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə edilməsi istiqamətində məhsuldar müzakirə platforması oldu. Üçtərəfli görüşün yekunları barədə imzalanmış Daşkənd Bəyannaməsi ölkələrimiz arasında tərəfdaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsi və möhkəmlənməsinə mühüm töhfədir",-"Fins.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında  paylaşım edib.