BİZNES

01 Avqust

Mikayıl Cabbarov: 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracı 5 milyard dollar təşkil edəcək

2027-ci ilədək Azərbaycanın qeyri-neft ixracı 5 milyard dollara çatacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov  “Real TV”yə müsahibəsində bildirib.

O,bildirib ki, 2018-ci ildə qeyri-neft ixracımız $1,7 milyard, 2020-ci ildə $1,9 milyard, 2021-ci ildə $2,7 milyarda yaxın təşkil edib. 2026-cı ildə qeyri-neft ixracı $5 milyarda çatmalıdır. Yəni 9 il (2018-2026-cı illər) ərzində ixrac 3 dəfə, 2021-ci illə müqayisədə 2 dəfə artmalıdır. Bu, iddialı hədəfdir

Nazirin sözlərinə görə, qeyri-neft ixracının artması ilə paralel olaraq onun strukturu və coğrafiyasının şaxələndirilməsi də mühüm məsələdir. “Bu gün qeyri-neft ixracımızın 60%-i 3 ölkənin – Türkiyə, Rusiya və Gürcüstanın payına düşür. Əgər ötən illərdə Rusiya lider idisə, hazırda liderliyi Türkiyə ələ alıb”, - deyə M.Cabbarov qeyd edib.

İqtisadiyyat naziri vurğulayıb ki, hazırda qeyri-neft ixracının strukturu da dəyişir. “Bu gün qeyri-neft ixracının 60%-ə qədərini sənaye məhsulları təşkil edir”, - deyə o əlavə edib