İstanbul Ticarət Palatası (İTO) iyul ayı üçün pərakəndə və topdansatış qiymət indekslərini açıqlayıb.
"Fins.az" xəbər verir ki, İstanbulda inflyasiya göstəricilərində artım tempi iyul ayında da davam edib.
İTO-nun açıqladığı pərakəndə satış qiymətləri indeksi iyulda illik bazda 99,11 faiz artıb. Beləliklə, bu indeksdə illik dəyişiklik 1998-ci ilin fevralından bəri ən yüksək həddə çatıb.
Aylıq dəyişiklik yüzdə 4,09 olaraq qeydə alınıb.