BİZNES

01 Avqust

Azərbaycandakı fərdi sahibkarların sayı açıqlanıb

2022-ci il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 193 mini ötüb. 
 
Dövlət Statistika Komitəsindən "Fins.az" a verilən məlumata görə, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (28 faiz), Lənkəran-Astara (10 faiz), Qazax-Tovuz (7,6 faiz) və Mərkəzi Aran (6,9 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,3 faizini kişilər, 21,7 faizini isə qadınlar təşkil edib.