BİZNES

01 Avqust

Mikayıl Cabbarov: “ASCO AYİB ilə kreditlə bağlı danışıqlar aparır”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə kreditin cəlb edilməsi ilə bağlı danışıqlar aparır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Hazırda ASCO ilə AYİB arasında danışıqlar  gedir. Danışıqlar son mərhələdədir”, - deyə o, “Real TV”yə müsahibəsində bildirib.

Nazir kreditin həcmini açıqlamasa da, onun əhəmiyyətli məbləğdə olacağını qeyd edib. “Kredit dövlət zəmanəti olmadan ayrılacaq”, - deyə M.Cabbarov əlavə edib.

O bildirib ki, kredit vəsaitinin ASCO-nun donanmasının genişləndirilməsinə, gəmiqayırma zavodunun inkişaf etdirilməsinə və digər tədbirlərə yönəldilməsi planlaşdırılır. “Bütün bunlar Azərbaycan hökumətinin mövcud reallıqlar nəzərə alınmaqla ölkənin nəqliyyat-logistika imkanlarının artırılması hədəfləri ilə uyğunlaşdırılacaq.