BİZNES

01 Avqust

Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq

Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “Fins.az"-a verilən məlumata görə, qeyd olunan məsələyə dair fikir mübadiləsi Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimovla AZPROMO-nun rəhbəri Yusif Abdullayev arasında keçirilən görüşdə aparılıb.

Tərəflər həmçinin ölkələr arasında iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı məsələlərinə də toxunublar.