BİZNES

01 Avqust

Azexport.az portalına daha çox təbii zəli sifarişi daxil olub

2022-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına 248,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"Fins.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac İcmal"ının iyul sayında məlumat verilib.

Məlumata görə, 2022-ci ilin iyun ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 33,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin iyun ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində tibbi zəli, tibbi tənzif, qara çay, pambıq yağı, boya, alkaqolsuz (energetik) içkilər, meyvə kompotu, sement (tikinti materialı), konservləşdirilmiş tomat, günəbaxan yağı və s. məhsullar üstünlük təşkil edib. 

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 iyun tarixinə kimi (66 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,08 milyard ABŞ dolları təşkil edib.