Avqustun 4-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Sahibkarlıq fəaliyyətinin əsasları" və “Biznes planın hazırlanması” mövzusunda təlim keçiriləcək.
"Fins.az" xəbər verir ki, təlimdə Bakı KOBİM-in eksperti Roman Binnətov aşağıdakı mövzulardan danışacaq:
- Biznes plan anlayışı və ümumi strukturu;
- Biznes ideyanın yaranması;
- Biznes planın xülasəsi; - Sahibkarlıq subyekti haqqında qısa məlumat;
- Təşkilatı planın hazırlanması;
- Bazarın araşdırılması;
- Maliyyə planının hazırlanması və analizi;
- Layihə risklərinin qiymətləndirilməsi.
Saat 14:00-da keçiriləcək təlimdə iştirak etmək istəyən KOB subyektləri (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. Təlim ödənişsizdir.