BİZNES

29 İyul

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının ilk iclası keçirilib


İclas Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi – Emin Hüseynovun sədrliyi ilə keçirilib.

"Fins.az" xəbər verir ki, iclasın sədri Müşahidə Şurasının üzvlərinə yeni yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətləri və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə əhalinin qayıdışı ilə əlaqədar qarşıda duran vəzifələr və görüləcək işlər barədə ətraflı məlumat verib.

İclasda həmçinin, Fərmandən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə xidmətin fəaliyyətinin təşkili sahəsində ilkin mərhələdə ən vacib məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.

Sonda Müşahidə Şurasının sədri xidmətin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı müvafiq tapşırıqlar verib