Azərbaycanda aktiv genişzolaqlı mobil abunəçilərinin sayı 2021-ci ilin göstəricisinə görə (2020-ci illə müqayisədə) 8,8% artaraq cari ilin yanvarın 1-nə 6 880,5 min nəfər təşkil edib.
Fins.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən ilin sonuna əhalinin hər 100 nəfərinə 68,7 aktiv genişzolaqlı mobil abunəçisi düşüb ki, bu da bir il öncəki göstəricini 8,3% üstələyir.
2021-ci il ərzində ölkə üzrə internet abunəçilərinin sayı 11,3% artaraq bu ilin əvvəlinə 1 291 297 nəfər təşkil edib.