BİZNES

28 İyul

Polşa ilə KOB sahəsində əməkdaşlıq müzakirə edilib

Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-dan "Fins.az"-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və səfir Rafal Poborski arasında keçirilmiş görüşdə KOB sahəsində əməkdaşlıq imkanları, o cümlədən birgə layihə və təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.