İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 41 mindən çox layihə maliyyələşdirilib.
"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.
O bildirib ki, layihələrin 90,7%-i kənd təsərrüfatı məhsullarının istehsalını əhatə edib və bu məqsədlə 1,4 mlrd. vəsait ayrılıb. Şamaxı rayonunda heyvandarlıqla məşğul olan sahibkar Tamilla Vəliyeva-Rabbath öz təsərrüfatını genişləndirmək məqsədilə 2021-ci ildə Fonddan 300 min güzəştli kredit əldə edib.
Müəllif:Aynur Qəniyeva