BİZNES

27 İyul

Azərbaycan və ABŞ arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq

Çərşənbə axşamı ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, general-mayoru Maykl Uikman Azərbaycana səfərə gəlib.

“ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, general-mayoru Maykl Uikman Azərbaycanda səfərdədir. Səfər zamanı Uikman hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcək”, - ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat verir.