BİZNES

27 İyul

Samir Əliyev: Dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15% civarında bahalaşıb

Dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15% civarında bahalaşıb.

"Fins.az" xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev fikirlərini bölüşüb.

O bildirib ki, Tarif Şurası bir sıra dərmanların qiymətini qaldırıb. Dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15% civarında bahalaşıb. Ancaq elə dərmanlar var ki, daha çox bahalaşıb.

Samir Əliyev ən çox bahalaşan dərmanlara misal olaraq "Məsələn, Medoklav dərmanının qiyməti 46% artaraq 72 manata yüksəlib. Bundan başqa siyahıya yeni dərman növləri daxil edilib. Məsələn, yeni daxil edilmiş Oraltek Monovalent dərmanının qiyməti 807.28 AZN olacaq,"-deyə bildirib .