2022-ci ilin yanvar-iyun aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ini təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,0%, bazar və yarmarkalarda 7,5% artıb, fərdi sahibkarlar üzrə isə 1,0 faiz azalıb.
Müəllif: Aynur Qəniyeva