BİZNES

18 İyul

Azərbaycan iqtisadiyyatı 6%-dən çox böyüyüb

2022-ci ilin yanvar-iyun aylarında ölkədə 63364,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2% çox ümumi daxili məhsul istehsal olunub. 

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə,iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 9,6 faiz artmışdır.

ÜDM istehsalının 53,3 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6304,9 manata bərabər olub.