BİZNES

18 İyul

Nazirlik: Türkiyə, Israil və Rusiyanın Kibertəhlükəsizlik İnsidentlərinə Cavabvermə Qrupları ilə sıx əməkdaşlıq edilməkdədir

Elektron Təhlükəsizlik Xidməti tərəfindən Milli CERT olaraq, bir çox ölkələrin, o cümlədən Türkiyə, Israil və Rusiyanın Kibertəhlükəsizlik İnsidentlərinə Cavabvermə Qrupları (“CERT” komandaları) ilə sıx əməkdaşlıq edilməkdədir.

"Fins.az" xəbər verir ki, bu barədə "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" məlumat verib 

Məlumata görə, eləcə də müvafiq beynəlxalq işçi qruplar səviyyəsində də adıçəkilən ölkələrlə rəqəmsal transformasiyanın əsas sütunlarından olan kibertəhlükəsizlik sahəsində sıx əməkdaşlıq edilir.

Qeyd olunub ki. bu yaxınlarda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.

Müəllif: Aynur Qəniyeva