Azərbaycan Respublikasi müstəqil dövlətdir və bütün sahələrdə olduğu kimi kibertəhlükəsizlik sahəsində də müstəqil siyasət həyata keçirir.
Bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramovun Rusiyanın Azərbaycan, Serbiya və Tacikistanla informasiya təhlükəsizliyi sazişləri bağlamağı planlaşdırması ilə bağlı bəyanatına münasibət bildirərkən Azərbaycan "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi"indən "Fins.az" a bildirilib.
Qeyd olunub ki, kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq olduqca əhəmiyyətlidir. Bu baxımdan kibertəhlükəsizlik sahəsində bir çox qabaqcıl ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.
Qeyd edək ki, bu ilin may ayının 5-də Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramov Rusiya Azərbaycan, Serbiya və Tacikistanla informasiya təhlükəsizliyi sazişləri bağlamağı planlaşdırdığını açıqlamışdı.
Müəllif: Aynur Qəniyeva