BİZNES

15 İyul

Qırğızıstanın ölkəmizdəki səfiri KOBİA rəhbəri ilə görüşüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib. 

"Fins.az" xəbər verir ki,görüşdə KOB-ların iştirakı ilə birgə tədbirlərin, o cümlədən qarşılıqlı biznes missiyaların və sektoral dəyirmi masaların təşkili, müxtəlif layihələrə dair məlumat və sahibkarlara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.