BİZNES

15 İyul

“Səbail Bazar “ASC-yə  yeni idarəetmə orqanı seçiləcək

31 avqust 2022-ci il saat 11.00-da “Səbail Bazar “ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. 

"Fins.az" xəbər verior ki, bu barədə ASC-nin elanında bildirilir. 

Məlumata görə,gündəlikdəki məsələlər aşağıdakılardır. 

1. ASC-nin idarəetmə orqanlarının 2021-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. Təşkilati məsələ. ASC-nin idarəetmə orqanları­nın seçilməsi.

 Qeyd olunur ki, ümumi yığıncağın gündəlyinə aid materiallarla tanış olmaq üçün iş günlərində ASC-nin rəhbərliyinə müraciət etmək olar.Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Müəllif:Aynur Qəniyeva