BİZNES

08 İyul

Azərbaycanda Çin və Pakistan vətəndaşlarının 200 min dollar kapitalı olan şirkətləri qeydiyyata alınıb

Dövlət Vergi Xidməti (DVX) “Dongfang Electric Az Limited” MMC-ni qeydiyyata alıb.

Bu barədə “Fins.az"-a DVX-dən məlumat verilib.

2022-ci il mayın 18-də qeydiyyata alınmış şirkətin nizamnamə kapitalı 200 min dollardır. Cəmiyyətin qanuni təmsilçisi Hianq Vanqdır (Çin vətəndaşı).

Bundan başqa, Dövlət Xidməti “East Europe Real Estate” MMC-ni 200 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb. Cəmiyyətin qanuni təmsilçisi Əhməd Ənsari Gül Məhəmməddir (Pakistan vətəndaşı). Şirkət 2022-ci il mayın 19-da qeydiyyata alınıb.