BİZNES

04 İyul

2021-ci ildə Azərbaycanda inflyasiya proqnozdan 3,7 faiz  bəndi çox olub-HESAABAT

2021-ci ildə ölkə iqtisadiyyatında sürətli bərpa və artım dinamikası formalaşsa da, dünya iqtisadiyyatında cərəyan edən inflyasiya problemi Azərbaycandan da yan keçməmiş, ortaillik inflyasiya 6,7%-ə yüksəlmiş və ya proqnoz göstəricisindən (3 faiz) 3,7% bəndi çox olub. 

"Fins.az" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"-da məlumat verilib. 

Məlumata görə, bütövlükdə ölkədə inflyasiya əsasən dünya əmtəə bazarlarında ərzaq məhsulları üzrə əhəmiyyətli qiymət artımları, başlıca ticarət tərəfdaşları olan ölkələrdən yüksək “inflyasiya idxalı”, qlobal təchizat, logistika zəncirində mövcud olan problemlər, daşınma xərclərinin artımı, bununla yanaşı qiymətləri dövlət tərəfindən tənzimlənən bir sıra mal və xidmətlərin tariflərinə yenidən baxılması və pandemiya ilə əlaqədar təxirə salınmış tələbin sürətlə reallaşdırılmasından qaynaqlanıb. 

Müəllif:Aynur Qəniyeva