BİZNES

04 İyul

Ötən il ÜDM proqnozdan 3,4% çox olub -HESABAT

ÜDM-in illik real artımı isə 2021-ci ilin dövlət büdcəsi zərfində nəzərdə tutulan proqnozdan (3,4 faiz) 2,2% bəndi çox olmaqla 5,6% təşkil etdib. 

"Fins.az" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"-da məlumat verilib. 

Məlumata görə, 2021-ci ildə iqtisadiyyatın demək olar ki, bütün sahələrində bərpa prosesləri sürətlə getmiş, neft sektoru üzrə əlavə dəyər istehsalında 1,8% artım, qeyri-neft sektorunda isə 7,2% artım qeydə alınıb.

 2021-ci ildə ÜDM-in həcmi 75,8 milyard manat proqnozlaşdırılsa da, faktiki həcmi 92,9 milyard manat, ÜDM-in illik real artımı isə 2021-ci ilin dövlət büdcəsi zərfində nəzərdə tutulan proqnozdan (3,4 faiz) 2,2 % bəndi çox olmaqla 5,6% təşkil etdib.

Müəllif:Aynur Qəniyeva