Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 122,41 faiz yerinə yetirib.
"Fins.az" xəbər verir ki. bunu Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev rəsmi tvitter hesabında yazıb.
o bildirib ki, ilkin məlumata görə 2 milyard 530,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 463,39 milyon manat artıq deməkdir.
Müəllif: Aynur Qəniyeva