BİZNES

04 İyul

Mikayıl Cabbarovdan İslam İnkişaf Bankı ilə bağlı AÇIQLAMA

Azərbaycanın İslam İnkişaf Bankına qoşulmasından 30 il keçir.

"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb. 

O bildirib ki, ölkəmizlə təşkilat arasında qurulmuş səmərəli əməkdaşlıq və sıx münasibətlər əlaqələrimizin hərtərəfli genişlənməsinə və inkişafına xidmət edir. Bu istiqamətdə təşəbbüslərimiz davamlı olacaq.

Müəllif: Aynur Qəniyeva