2022-ci ilin yanvar-may ayları ərzində Türkiyəyə 390,2 milyon ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac olunub
"Fins.az" xəbər verir ki, bu barədə “İxrac İcmalı”nın iyun sayında məlumat verilib.
Məlumata görə, 2022-ci ilin yanvar-may ayları ərzində ölkəmizdən Rusiyaya 263,4 milyon ABŞ dolları, Gürcüstana 74,7 milyon ABŞ dolları, İsveçrəyə 66,4 milyon ABŞ dolları və ABŞ-a isə 44,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.