BİZNES

01 İyul

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 40%-ə yaxın artıb

 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə “İxrac İcmalı”nın iyun sayında məlumat verilib. 

Məlumata görə,qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 milyon ABŞ dolları və ya 30,9% artıb.