İsrailin “Technion” Universitetinin professor-müəllim heyəti tərəfindən kibertəhlükəsizlik sahəsində 1 mindən çox azərbaycanlı mütəxəssis hazırlanacaq.
"Fins.az" xəbər verir ki, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən məlumat verir ki, RİNN yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin “Technion” Universiteti arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1 mindən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.
Müqavilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində imzalanıb