Azərbaycan investorları Stavropolda 350 yerlik premium sinif sanatoriyanın tikintisinə başlayıblar.
Rusiya mətbuatı məlumat verir ki, “Rusel” layihəsinə investisiyalar təxminən 2,5 milyard rubl (cari məzənnə ilə $47 milyona yaxın) təşkil edəcək.
Sanatoriyanın 2025-cı ilədək istifadəyə verilməsi planlaşdırılır.
“Sanatoriya Kislovodskın əsas görməli yerlərindən birinin – Kaskad pilləkəni yaxınlığında tikiləcək. Sanatoriyanın əsas profili – ürək-damar, sinir və tənəffüs sistemləridir. Bu layihə nəinki turist axının artımına şərait yaradacaq, həm də 200-dək yeni iş yeri yaratmağa imkan verəcək”, - KİV qeyd edir
(c)İnterfax Azerbaycan